Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-07 14:08:00
UNEC-də XVI beynəlxalq strateji idarəetmə konfransı təşkil ediləcək  

Oktyabrın 28-30-da Beynəlxalq Texniki Strateji İdarəetmə və İdarəçilər Dərnəyi tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “5.0 Cəmiyyətlərdə strateji, sosial və iqtisadi çağırışlar” mövzusunda XVI beynəlxalq strateji idarəetmə konfransı keçiriləcək. Tədbir UNEC, İstanbul Texniki Universiteti, Gebze Texniki Universiteti, Yıldız Texniki Universiteti və Nişantaşı Universitetinin birgə əməkdaşlığı ilə reallaşacaq.

UNEC-dən  bildirilib ki, hibrid formatda keçiriləcək konfransda əsas məruzəçi innovativ texnologiya və innovasiya idarəçiliyi üzrə alim və Yaponiya Araşdırma Siyasəti və İnnovasiya İdarəetmə Cəmiyyətinin Beynəlxalq Komitəsinin sədri professor Çihiro Vatanabe olacaq.

Konfransın məruzələri təşkilat komitəsi tərəfindən nüfuzlu elmi platformaların bazalarında indeksləşən jurnallarda dərc ediləcək. Əsas mövzular və ödəniş şərtləri ilə UNEC-in saytında yerləşdirilən linklər vasitəsilə tanış olmaq mümkündür.