Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-30 11:17:00
DİM: Abituriyentlər 7415 ixtisas seçəcəklər  

“İxtisas seçimi taleyüklü prosesdir”.

 AzEdu.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, abituriyentlər 7415 ixtisas seçəcəklər: “İxtisas seçimi ilə bağlı “Abituriyent” jurnalının iki sayı çap edilib. Mənə deyirlər ki, keçid balları qalxıb, yerlər azalıb. Başa düşməlidirlər ki, konkret keçid balının əvvəlcədən bilinməsi yalandır. Bu, yalnız imtahanın nəticəsindən asılıdır. Hər bir şəxs iki imtahanda iştirak edibsə, iki nəticəsi var. Onlardan ən yüksəyini seçməlidir. 74438 nəfərin hər biri 15 kod seçirsə, görün nə qədər variant ola bilər. İxtisas yerləri və keçən ilki keçid balları məlumdur. Hər kəs diqqətli olmalıdır ki, problemi yaranmasın”.  

“İxtisas seçimi taleyüklü prosesdir”.

 Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.