Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-07 12:48:00
Salyan Təhsil şöbəsinin müdiri işdən çıxarılıb  

Salyanda şöbə müdiri öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub.

AzEdu.az-ın  Aran məlumatına görə, Salyan Rayon Təhsil Şöbəsinin müdiri, 1956-cı il təvəllüdlü Piriyev Xudaverdi Əliyusif oğlu öz ərizəsi ilə tutduğu vəzifəsindən azad edilib.

Həmin vəzifəyə 1973-cü il təvəllüdlü Dadaşova Razıgül Müseyib qızı təyin olunub.

Qeyd edək ki, X. Piriyev 5 ildən artıq idi ki, təhsil şöbəsinə rəhbərlik edirdi.

R. Dadaşova isə bundan öncə Salyan Peşə liseyinin direktoru vəzifəsində çalışıb.