Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-07 12:36:00
Təhsil Nazirliyi: 55 şəhər və rayonda 850 icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyət göstərir  

2021-2022-ci tədris ilində ölkənin 55 şəhər və rayonunda 850 icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyət göstərir. Tədris pandemiya şəraitinə uyğun təyin olunmuş qaydalar çərçivəsində tamamilə əyani şəkildə təşkil edilib.

Bu barədə  Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, ənənəvi olaraq yeni tərbiyəçi-müəllimlər tədris ili başlamazdan əvvəl Bakıda keçirilmiş təlimlərdə iştirak ediblər. Bu təlimlərdə tərbiyəçi-müəllimlər valideynlərlə iş, öyrənmə mühitinin qurulması, məktəbəqədər yaşlı uşaqların sosial psixoloji adaptasiyası, sinfin idarə olunması və qiymətləndirmə ilə bağlı bilik və bacarıqlarını inkişaf etdiriblər.