Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-30 11:02:00
16 min nəfərin iştirak etdiyi sorğu yekunlaşdı: İlk “beşlik”ə bu universitetlər düşdü  

AzEdu.az-ın “Azərbaycanda ən yaxşı təhsil verən universitet hansıdır?” sorğusu yekunlaşıb. Bildirək ki, sorğu 15  universitet arasında 6-30 iyul tarixlərində davam edib.

Nəticələrə əsasən, sorğuda ilk beşlikdə ADA , UNEC, BDU, BANM və ADPU qərarlaşıb.

Qeyd edək ki, sorğuda təxminən 16.000 nəfər iştirak edib.

Soğuda ilk beşlikdə yer alan universitetlər AzEdu.az-ın diplom və rəmzi hədiyyəsi ilə mükafatlandırılacaq.

Sorğuda iştirak edən universitetlərin siyahısını təqdim edirik:

ADA Universiteti
UNEC
Bakı Dövlət Universiteti
Bakı Ali Neft Məktəbi
Azərbaycan Dövlət Pedoqoji Universiteti
Bakı Mühəndislik Universiteti
Azərbaycan Dillər Universiteti
Azərbaycan Texniki Universiteti
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Xəzər Universiteti
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Bakı Slavyan Universiteti
Azərbaycan Respublikası yanında Dövlət İdarəçilik Akademiyası
Azərbaycan Tibb Universiteti