Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-06 13:36:00
Xarici diplomların tanınması üçün lazımı sənədlər-Müraciət PROSESİ

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq, Təhsildə Keyfiyyətin Təminatı Agentliyində ali təhsilin yalnız  bakalavriat, əsas (baza ali) tibb və magistratura səviyyələri üzrə əldə edilmiş  xarici kvalifikasiyaların tanınması həyata keçirilir.  

 

Tanınma xidməti ödənişlidir. Məbləğ  Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 dekabr 2020-ci il tarixli, 507 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısı və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləği”nə əsasən  müəyyən edilir.

 

AzEdu.az  xəbər verir ki, ərizəçilər xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması üzrə sənədlərin qəbulu və ekspertizasının keçirilməsi üçün 250 AZN  ödəniş  etməlidirlər.

 

Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması haqqında şəhadətnamənin itirilməsi və ya korlanması halında, dublikat şəhadətnamənin əldə olunması üçün isə 20 AZN xidmət haqqı ödənməlidir.

 

Kvalifikasiyaların tanınması  üçün  qeydiyyat elektron ərizə sistemi vasitəsilə həyata keçirilir. Qeydiyyat zamanı təqdim edilən elektron poçt və mobil nömrə daim istifadə edilən olmalıdır. Belə ki, ərizələrlə bağlı yeniliklər bu vasitələr üzərindən mütəmadi olaraq bildirilməkdədir.

 

Bəs müraciət üçün hansı sənədlər tələb olunur?

 

Bakalavr diplomu xarici ali təhsil müəssisəsi tərəfindən verildikdə, ilk öncə həmin diplom üzrə kvalifikasiyanın tanınması üçün müraciət olunmalıdır.

 

Tanınma üçün tələb olunan sənədlər elektron ərizə vasitəsilə müraciətçinin şəxsi kabinetinə əlavə olunmalıdır. Elektron poçt, məktub və ya fiziki qaydada təqdim olunan sənədlər icraata götürülmür. 

 

Həm bakalavriat, həm də magistratura  üzrə diplomların tanınması üçün müraciət zamanı tələb olunan sənədləri təqdim edirik:

 

Bakalavriat:

 

  • ali təhsil haqqında sənəd (diplom) və ona aid apostilin əsli;
  • ali təhsil haqqında sənədə əlavə (transkript) və ona aid apostilin əsli;
  • ali təhsil haqqında sənəd (diplomun) və ona aid apostilin notariat qaydada təsdiq olunmuş Azərbaycan dilinə tərcüməsi;
  • ali təhsil haqqında sənədə əlavə (transkript) və ona aid apostilin notariat qaydada təsdiq olunmuş Azərbaycan dilində tərcüməsi;
  • şəxsiyyət vəsiqəsinin elektron surəti [skan] (xarici ölkə vətəndaşları - daimi/müvəqqəti yaşama icazəsi);
  • ümumvətəndaş (xarici) pasportunun elektron surəti [skan] (şəkil olan və sərhədkeçməni bildirən bütün möhürlü səhifələri);
  • hərbi biletin və ya hərbi xidmətin qeydiyyatı haqqında arayışın elektron surəti [skan].
  • Bununla yanaşı  təhsil müəssisəsinə k öçürülmə olduğu halda - tədris müddətində müəssisələrarası/müəssisədaxili köçürülməya dair rəsmi arayışın elektron surəti [skan] tələb olunur.

 

 

Bununla yanaşı  təhsil müəssisəsinə köçürülmə olduğu halda - tədris müddətində müəssisələrarası/müəssisədaxili köçürülməya dair rəsmi arayışın elektron surəti [skan] tələb olunur.

 

Bakalavriat səviyyəsinə orta ixtisas təhsili haqqında diplom əsasında qəbul olunduğunuz halda – həmin diplomun elektron surəti [skan] tələb olunur.

 

Magistratura:

 

  • ali təhsil haqqında sənəd (diplom) və ona aid apostilin əsli;
  • ali təhsil haqqında sənədə əlavə (transkript) və ona aid apostilin əsli;
  • ali təhsil haqqında sənəd (diplomun) və ona aid apostilin notariat qaydada təsdiq olunmuş Azərbaycan dilinə tərcüməsi;
  • ali təhsil haqqında sənədə əlavə (transkript) və ona aid apostilin notariat qaydada təsdiq olunmuş Azərbaycan dilində tərcüməsi;
  • bakalavriat səviyyəsi üzrə ali təhsil haqqında sənədin (diplom) elektron surəti [skan];
  • şəxsiyyət vəsiqəsinin elektron surəti [skan] (xarici ölkə vətəndaşları - daimi/müvəqqəti yaşama icazəsi);
  • ümumvətəndaş (xarici) pasportunun elektron surəti [skan] (şəkil olan və sərhədkeçməni bildirən bütün möhürlü səhifələri);
  • hərbi biletin və ya hərbi xidmətin qeydiyyatı haqqında arayışın elektron surəti [skan].

 

Təhsil haqqında sənəd (diplom) və ona əlavə (transkript) tanınma üçün müraciət olunmadan verildiyi ölkədə leqallaşdırılmalıdır.

 

Tələb olunan hər bir sənəd, həcmi 5 MB-dan çox olmamaq şərti ilə PDF formatında yüklənilməlidir.

 

Qeyd edək ki, tələb olunan hər bir sənəd səhifələri rəngli və oxunaqlı şəkildə yüklənilməlidir.