Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-05 10:40:00
Dərs yükü müxtəlif təhsil pillələri üzrə BU QAYDADA hesablanır

Bir həftədən çoxdur ki, ölkəmizdə yeni tədris ili start götürüb. Hazırda müəllimləri narahat edən əsas məsələlərdən biri dərs yükünün həftəlik bölgüsü ilə bağlıdır.

 

Belə ki, müəllimlərin dərs yükü müxtəlif təhsil pillələrində fərqli saatları əhatə edir.

 

AzEdu.az  Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 noyabr 2010-cu il tarixli qərarına uyğun olaraq  dərs yükünün normalarının müxtəlif təhsil pillələrinə uyğun nizamlanmasını təqdim edir:

 

!.Məktəbəqədər təhsil müəssisələrində tərbiyəçilərin dərs yükü  həftəlik iş vaxtının 30 saatını əhatə edir.

 

2.Ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və liseylərdə müəllimlərin 1 stavka dərs yükü (18 saat) həftəlik dərs yükünün 2 stavkasını aşmamalıdır:

 

3.İdman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik 1 stavka dərs yükü (12 saat) həftəlik dərs yükü 3 stavkasını aşmamalıdır:

 

4.Ümumtəhsil məktəblərində, internatlarda, lisey, gimnaziyalar və peşə təhsili məktəblərində tərbiyəçi-müəllimlərin həftəlik dərs yükü 24 saatdan çox olmamalıdır:

 

5.Ali və orta ixtisas təhsili müəssisələrində professor-müəllim heyətinin və konsertmeysterlərin dərs yükü 500 saatdan az olmamalıdır.

 

 

Qeyd edək ki, bu qərar dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərə aid deyil.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları