Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-06 16:04:00
DİM-də vakansiya elan olundu-Rus dili üzrə bu şərtləri ödəyən mütəxəssislərə ehtiyac var
DİM-də rus dili üzrə mütəxəssislərə ehtiyac var. Bu şəxslər müraciət edə bilər:
 
Fənn üzrə yoxlama-ölçmə materiallarının hazırlanması üzrə mütəxəssislərin funksiyaları:
 
- Rus dili və ədəbiyyatı fənni üzrə yoxlama-ölçmə materiallarının hazırlanması və ekspertizası üzrə tələb olunan işləri həyata keçirmək;
 
- Fənn üzrə ümumi metodiki göstərişlərin işlənib hazırlanmasında iştirak etmək.
 
İxtisas tələbləri və digər şərtlər:
 
Namizəd aşağıdakı ixtisaslardan biri üzrə ən azı bakalavr təhsilinə malik olmalıdır:
 
- Filologiya (rus dili və ədəbiyyatı);
 
- Xarici dil müəllimliyi (rus dili üzrə);
 
Yeni təhsil proqramları (kurikulumlar) üzrə məlumatlı olmalıdır;
 
Microsoft Office proqramlarında işləməyi bacarmalı, Azərbaycan dili və rus dilini mükəmməl bilməlidir.
 
Müraciətlərə baxılarkən başqa xarici dil bilən namizədlərə üstünlük veriləcəkdir.
 
İşə götürülənin vəzifəsi, əmək haqqı və iş qrafiki əmək müqaviləsinə əsasən müəyyən olunur. Vakansiya ilə maraqlanan şəxslərdən CV formasını http://dim.gov.az/news/7203/ linkindən yükləyib tam şəkildə dolduraraq 2021-ci il oktyabrın 15-dək [email protected] elektron poçt ünvanına mövzu hissəsində “İşə qəbul” yazaraq göndərmələri xahiş olunur.
Firayə Allahverdiyeva
Müəllifin digər yazıları