Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-29 17:30:00
Müəllimlərin işə qəbul imtahanları davam edir

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinin on birinci günü uğurla başa çatıb.

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutundan AzEdu.az-a bildiriblər ki, Fizika və texnologiya üzrə keçirilən imtahanlarda 2935 nəfər iştirak edib. Namizədlər arasında ən yüksək nəticə olaraq fizika üzrə 59 bal, texnologiya üzrə 56 bal qeydə alınıb.

Xatırladaq ki,  iyulun 30-da biologiya və fiziki tərbiyə üzrə test imtahanları keçiriləcək. 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları