Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-04 09:38:00
ADNSU-nun rektoru qəbul imtahanlarında ən yüksək nəticə göstərən tələbələrlə görüşüb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Prezident təqaüdünə layiq görülmüş tələbələrlə görüşüb.

 

Bu barədə AzEdu.az-a ADNSU-dan məlumat verilib.

 

Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında ən yüksək nəticələr əldə edən Jalə Sevdimli (690.2 bal), Fətulla Bəşirov (682,3 bal), Rüfət Quliyev (680.1bal) ADNSU-ya qəbul olunublar. Onlar kompüter elmləri ixtisasını seçiblər. Tələbələrin biri ADNSU-da, ikisi isə bu ali məktəbin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) təhsil alır.

 

Görüşdə ADNSU-nu seçdiklərinə görə tələbələrə təşəkkür edən rektor M.Babanlı onları təbrik edib.

 

“Siz böyük uğurlar əldə edibsiniz: həm tələbə adını qazanıbsınız, həm də qəbul imtahanlarında ən yüksək nəticələr göstəribsiniz, Prezident təqaüdünə layiq görülmüsünüz”,- deyə M.Babanlı bildirib.

 

Rektor tələbələrə tövsiyələrini verib, onlara təhsildə yeni nailiyyətlər arzulayıb.