Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-03 16:54:00
IELTS nədir?İmtahan prosesi necədir? Hazırlaşarkən hansı mobil tətbiqlərdən faydalanmaq olar? - VACİB  

 

Müasir  zamanda  insanların  xarici  universitetlərdə  təhsil  almaq  istəkləri günü – günüdən  artır.  Artıq  Azərbaycanda  bir  çox  insanlar  orta məktəbi  bakalavr  və  ya  magistr  pilləsi  üzrə  xaricdə  təhsil  almağa  üstünlük  verirlər.

 

Xaircdə təhsil almaq üçün  əsasən, iki beynəlxalq İngilis dili imtahanından birini vermək tələb olunur: TOEFL və IELTS. Dünya  universitetləri  xaricdən tələbə qəbul edərkən bu imtahanların  nəticələrini   tələb edirlər.

 

Bəs İELTS  nədri? İmtahan  prosesi  necədir? Neçə  hissədədn  ibarətdir? Hazırlaşarkən  hansı  mobil  tətbiqlərdən  faydalanmaq olar?

 

AzEdu.az  bu  suallara  cavab  olaraq  İELTS  haqqında  məlumatları  təqdim  edir.

 

IELTS (International English Language Testing System)  İngilis dili səviyyəsini qiymətləndirmək üçün tərtib olunub. Təxminən dünyada 2 mindən çox universitet və kollec bu imtahanı nəticəsini qəbul edir. Bu imtahanı daha çox Böyük Britaniyada təhsil almaq istəyən tələbələr verirlər.  İmtahan iki variantdan ibarətdir: Akademik  test  və  Ümumi   test. Xarici  universitetlərə  qeydiyyatdan  keçərkən   bu  iki  variantdan  birini  seçmək  imkanı verilir.

 

İmtahan  nəticəsinə  əsasən  əldə  edəcəyiniz  sertifikat  dünya  üzrə lider  dil  sertifikatlarından  hesab  edilir

 

İELTS  sertifikatı  dünya  miqyasında  10.000  institut  və  təhsil  təşkilatları  tərəfindən  tanınır  və  xaricdə  təhsil  almaq  üçün  lazım olan sənədlər arasında lider dil sertifikatlarından  biridir. İngilis dilində danışılmayan, lakin həmin dildə bakalavr və magistr təhsili olan ölkələr müraciət edən namizədlərin (IELTSə müraciət edən şəxsə “candidate”, yəni namizəd deyilir) ingilis dil biliyini bu sertifikat vasitəsilə təsdiqləyir. Imtahan British Council və ya digər yerli  əməkdaş  təşkilatlarda verilə bilər.

 

IELTS sertifikatı, o  cümlədən xaricə miqrasiya etmək istəyən şəxslər üçün də tələb olunur

 

Sertifikat  iki  istiqamətdə təklif edilir:

 

1.IELTS General – Avstraliya, Kanada, Yeni Zellandiya və Birləşmiş Krallıq kimi ölkələrə xarici miqrant kimi getmək istəyən namizədlərin sosial və iş mühitində ingilis dilini istifadə edə bilmə qabiliyyətini yoxlayır. Belə ki, onlara təqdim edilən IELTS General imtahanı IELTS Academic imtahanı ilə eyni struktura malik olsa da, qiymətləndirmə sistemi bir az fərqlidir və oxuma (reading) və yazma (writing) bölmələri daha ümumi və sosial məsələləri əhatə etdiyi üçün nisbətən asandır.

 

2.IELTS Academic – İngilis dilində təhsil verən əksər universitetlərin qəbul prosesində tələb etdiyi IELTS sertifikatı məhz bu növə aiddir. Tələbələr və ya ingilis dilində bakalavr təhsili almaq istəyən abituriyentlər bu imtahandan uğurla keçməlidir. Tələb olunan bal, universitetə görə dəyişir. Əksər hallarda 6.5 bal tələb olunur.

 

IELTS Academic imtahan strukturu necədir və hansı bölmələrdən ibarətdir?

 

IELTS imtahanı Listening, Reading, Writing və Speaking olmaqla 4 bölmədən ibarətdir:

 

IELTS Listening

 

4 hissədən ibarət olub 30 dəqiqə davam edir və 40 sualdan ibarətdir. Hər hissədə 1 səs yazısı dinlənilir və suallar müvafiq olaraq cavablandırılır.
1-ci səs yazısı iki nəfər arasında ümumi gündəlik danışıqdan ibarət olur.
2-ci səs yazısı monoloq tiplidir və bir nəfərin əsasən hər hansı yerli infrastruktur – tikili, park, müzey və s. haqqında məlumat verməsidir.
3-cü səs yazısı iki nəfər arasında baş verən dialoqdur və təhsil, treyninq və ya dərs barədə iki tələbənin, tələbə ilə müəllimin müzakirəsini əks etdirir.
4-cü səs yazısı monoloqdur və universitet müəlliminin akademik mühazirəsindən ibarətdir.

 

Namizədə səs yazıları bitdikdən sonra cavabları cavab vərəqinə köçürməsi üçün əlavə 10 dəqiqə verilir. Bu vaxt ərzində kifayət edir ki, namizəd verdiyi cavablara təkrar baxsın və iki seçim arasında qaldığı suallar barədə yenidən düşünsün.

 

IELTS Listening sual tiplər müxtəlif olduğu üçün namizədin dil biliyi ilə yanaşı diqqətli olması da vacibdir. Listening bölməsində də hər sual 1 balla qiymətləndirilir və səhv cavab düz cavablara təsir etmir.

 

IELTS Academic Reading

 

60 dəqiqə davam edir və namizədə Akademik mətni oxuyub cavablandıracağı müxtəlif IELTS Reading sual tipləri təqdim edilir. Sual sayı 40-dır və verilmiş 3 mətn üzrə bölüşdürülür. IELTS Reading materialı əsasən elmi kitablardan, qəzetlərdən, maqazin jurnalları və elmi jurnallardan götürülür. Hər hansı dəqiq bir mənbəni bildirmək mümkün olmasa da IELTS Reading hazırlığında elmi məqalələr və elmi kitablar oxumaq, davamlı mütaliə etmək tövsiyə olunur.
Bu bölmədə verilən mətnlərin ardıcıllığına görə çətinliyi də artır. Yəni 1-ci mətn digərlərinə nisbətən ən asan olanıdır. 3-cü mətn isə ən çətin hesab olunur.

 

Mətnlər sadəcə dil biliyi yox, eyni zamanda diqqət və təhlil qabiliyyəti tələb etdiyi üçün namizədin oxuyarkən qeydlər aparması vacibdir. Suallarda bir çox hallarda mətndə verilmiş sözlərin sinonimləri istifadə olunması cavabı tapmağı çətinləşdirir.

 

Namizəd verilmiş 60 dəqiqə içərisində həm sualların cavabını tapmalı, həm də cavabları cavab vərəqinə köçürməlidir. Listening bölməsindən fərqli olaraq cavabları cavab vərəqinə köçürmək üçün əlavə vaxt verilmir.


Hesablama sistemində hər sual 1 balla qiymətləndirilir. Səhv verilmiş cavab düz cavablara təsir etmir. Sual kitabçası üzərində işlədikdən  sonra cavablar cavab vərəqinə köçürülür.

 

IELTS Academic Writing

İki hissədən ibarətdir və 60 dəqiqə davam edir. 1-ci yazıda namizəd qrafik, cədvəl, diaqram və xəritə kimi visual məlumatı əks etdirən materialı təsvir və izah etməlidir. Prosesin və ya hər hansı trendin – iqtisadi göstəricilərin, sosial sorğu nəticələrinin və s. – mərhələlərini izah etməli, öz sözləri ilə şəkildə görülən məlumatı yazıda əks etdirməlidir. Bu bölmədə şəxsi fikirə yer vermək imtahan balına mənfi təsir edir, çünki namizəddən tələb olunan verilmiş məlumatı olduğu kimi əks etdirməsidir və namizədin özündən hər hansı prosesə səbəb-nəticə göstərməsi, təklif verməsi verilmiş məlumatda öz əksini tapmırsa artıqlıq kimi qiymətləndirilir və Task Achievement Score-a (Tapşırığa Nail olma Xalına) mənfi təsir edir.

 

1-ci yazıda namizəd 20 dəqiqə ərzində minimum 150-sözdən istifadə etməlidir. Yazı strukturu tam olmalı və əsas məqamlar öz əksini tapdıqdan sonra məzmuna görə qısa xülasə (conclusion) verilməlidir.

 

Qeyd: məlumat növündən asılı olaraq xülasə (conclusion) olmaya da bilər.

 

2-ci yazı  Essay (inşa) şəklindədir və verilmiş fikir, arqument və ya problem haqqında namizədin təhlilini, təklifini və ya fikrini əks etdirməsi tələb olunur. Bu hissədə də fərqli sual tipləri mövcuddur. Ümumilikdə namizəd ona ünvanlanmış tapşırıq və ya sualı qısa şəkildə inşanın başında qısa şəkildə öz sözləri ilə sualda istifadə olunan sözlərin sinonimləri ilə təqdim etdikdən sonra öz arqumentini, fikrini və ya dəstəklədiyi ideyanı nümunələrlə dəqiq və aydın şəkildə izah etməli, ən sonda isə toxunduğu məqamları xülasə şəklində qısaca qeyd edərək fikrini sonlandırmalıdır.

IELTS Writing Assesment, yəni IELTS Writing qiymətləndirilməsi hər hissə üçün ayrılıqda aparılır və 2-ci hissəyə (essay-inşa) daha çox bal verilir. Yəni namizədin 2-ci hissədəki nəticəsi ümumi Writing nəticəsinin əsas hissəsini təşkil edir.

 

IELTS Listening hissəsində namizədin verilmiş tapşırığa nail olması – tələb olunan məlumatı verməsi, leksik resurslardan istifadə etməsi, qrammatik və dəqiqlik kriteriyalarına əməl etməsi, aydın və axıcı formada fikrini ifadə etməsi onun qiymətinə təsir edən faktorlardır.

 

IELTS Speaking

Speaking – Danışıq testi 3 əsas hissədən ibarətdir və namizədin səsi imtahan götürən (examiner) tərəfindən qeydə alınır.

 

  • I Hissə – İmtahan götürən (examiner) ilk hissədə ümumi suallar verərək namizddən özünü təqdim etməsini istəyir və  digər suallar əsasən – ailə, namizədin doğulduğu yer, iş, təhsil və hobbilər barədə olur. Bu hissə 4-5 dəqiqə çəkir.

 

  • II Hissə  – Namizədə sual kartı təqdim olunur və 1 dəqiqə hazırlaşması üçün vaxt verilir. Bu hissədə namizəd qeyd ala bilər və kağıza əsas danışacağı məqamları yaza bilər. Danışarkən qeydlərinə baxaraq xatırlaması üçün şərait yaradılır. Namizəddən tələb olunan danışma müddəti 2 dəqiqədir. Bəzən namizəd 1dəqiqə yarım danışarsa və davam edə bilməzsə bu zaman növbəti hissəyə keçilir. Belə olduqda balın azalma ehtimalı ortaya çıxır.

 

  • III Hissə – II Hissədə təqdim olunan mövzu və verilmiş cavablar əsasında daha detallı məlumat almaq üçün namizədə suallar verilir və müzakirə aparılır. Bu hissə 4-5 dəqiqə davam edir və namizəd hər hansı fikir və ya məsələ ətrafında ətraflı özünü ifadə etməyi bacarmalıdır.

 

Danışıq testində önəmli nüanslar bunlardır:

 

  • Fluency and coherence  – Səlis danışıq və mövzu ilə əlaqəlilik. Namizədin nitqi mövzu ilə əlaqəli olmalı və əsas nöqtədən yayınmamalıdır. Sualın cavabı doğru şəkildə cavablandırılaraq səlis nitqdən istifadə olunmalıdır.
  • Lexical resource – Leksik resurslardan istifadə. Burada əsas məqam söz ehtiyatından yaxşı istifadə edərək sinonumləri işlətmək və mövzuya uyğun sözlərlə mənalı cümlələr qurmağa çalışmaqdır. (Intermediate vocabulary)
  • Grammatical range and accuracy – Qrammatik qaydalara riayət və dəqiqlik. Burada qrammatikanın düzgün istifadəsi ilə yanaşı, müxtəlif qrammatik cümlə strukturlarından istifadə də vacibdir.
  • Pronunciation – Tələffüz. Sözləri tələffüz edərkən anlaşıqlı ton istifadə olunmalıdır ki, namizədin işlətdiyi söz anlaşılsın və cümlənin mahiyyətinə  (sual, nəqli cümlə) uyğun olaraq doğru tələffüz seçilməlidir.

 

ELTS  imtahanı  namizədi  Rəsmi  IELTS  İmtahan  Mərkəzi -nə dəvət edilir. İmtahan  yazılı  olmaq  şərti  ilə Listening (Dinləmə), Reading (Oxuma), Writing (Yazma) bölmələri eyni gündə, Speaking (Danışma) bölməsi isə fərqli gündə keçirilir. Bu tarix namizədə əvvəlcədən bildirilir və bir çox hallarda  Speaking  imtahanı maksimum 1 həftə əvvəl və ya sonra keçirilir.

 

İELTS  imtahanına  hazırlıq  üçün  pulsuz  mobil  proqramlardan da yüksək şəkildə  faydalana  bilərsiz

 

Bəzi  insanlar  müəyyən  səbəblərə  görə  bu  imtahana  özü  hazırlaşmağa  üstünlük  verir. Bu  hazırlığı yüksək  keyfiyyətli  materiallarla  rahat  şəkildə istədiyiniz  vaxt  və  yerdə  etmək  istəyirsinizsə, bu  zaman  bir  sıra  öddənişsiz   mobil  proqramlardan  faydalana  bilərsiz. Məsələn, bu  proqramlardan  ikisini  təqdim  edirik.

 

IELTS PREP APP

 

Testin dinləmə və danışıq hissəsinə hazırlaşarkən, mobil proqram sizə lüğət bazanızı  genişləndirməyə, qrammatikanı məşq etməyə və test günü nə etməli olduğunuza sizi hazırlayacaq. Siz biliyinizi yoxlamaq üçün qrammatika testləri, dinləmə və danışıq üzrə praktiki testlər edə və IELTS danışıq videolarına baxa bilərsiniz.

 

Bu  proqramlar  sizin  hazırlıq  üzrə  inkişafınızı  bildirir  və  IELTS qiymətləndirməsini  izah edir ki, siz istədiyiniz balı yığmağa hazır olub olmadığınızı biləsiniz. 

 

IELTS WORD POWER

 

100-dən çox sual  ilə  lüğət bazasını  yoxlayan bu mobil proqram, ingilis dilinizi inkişaf  etdirməyə  və IELTS-ə  hazırlaşmağa kömək edir. 

 

IELTS  imtahanı təqribən dünyanın 121 ölkəsində təşkil olunur. Bu imtahan TOEFL – dan fərqli olaraq kompyuter vasitəsilə verilmir. Bu imtahan Azərbaycanda hələlik kağız üzərində keçirilir.