Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-03 14:00:00
NASA Neptuna missiya göndərəcək  

NASA on ildən sonra Günəşdən ən uzaqda yerləşən Neptun planetinə tədqiqat aparatını göndərməyi planlaşdırır.


Bu barədə agentliyin dərc etdiyi sənəddə bildirilib.


"Neptune Odyssey" missiyasının startı 2031-ci ilə planlaşdırılır. Cihaz İlon Maskın "SpaceX" şirkətinə məxsus olan ya "Space Launch System" raketi, ya da "Falcon Heavy"nin köməyi ilə göndəriləcək. 2043-cü ilə qədər aparatın planetə yaxınlaşacağı ehtimal edilir.


Neptuna uçuş 3,4 milyard dollara başa gələcək.


Günəş sisteminin səkkizinci planetinin orbitini 1989-cu ildə Amerika tədqiqat zondu "Voyager-2" ziyarət edib.i

 

Bu il noyabrın 4-də Aya uçuşun modelləşdirilməsi üzrə "SIRIUS-21" beynəlxalq təcrübə planlaşdırılır. Təcrübə zamanı altı könüllü kosmik gəmi imitatorunda - yerüstü sınaq kompleksində 240 gün ərzində birlikdə yaşamalı olacaq. Bunun üçün Rusiya, ABŞ və BƏƏ-dən 12 namizəd seçilib. (publika.az)