Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-03 11:58:00
Prezidentin təltif etdiyi Misir Mərdanov təəssüratlarını BÖLÜŞDÜ

Bu gün Prezident İlham Əliyev M.C.Mərdanovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

 

Sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında və elmi-pedaqoji sahədə uzunmüddətli səmərəli fəaliyyətinə görə Misir Cumail oğlu Mərdanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

 

 Öz təəssüratlarını saytımızla bölüşən M.Mərdanov bundan heç xəbəri olmadığını bildirib:

 

“Belə bir ordenlə təltif olunduğumu ilk sizdən eşidirəm. Sizə muştuluq düşür. Təşəkkür edirəm. Prezidentimizə sonsuz minnətdarlığımı bildirirəm. Ona uzun ömür, can sağlığı arzu edirəm. Azərbaycanın xilaskarıdır, Qarabağımızı azad edən şəxsdir”.

 

Sabiq təhsil naziri bu günün təhsil sistemindən də söz açıb:

 

“Əminəm ki, hər şey yaxşı yol ilə gedir. Və arzu edirəm ki, gələcəkdə təhsil sistemimiz daha yaxşı olacaq. Təhsilimiz günü-gündən inkişaf edir və inkişaf etməyə davam edəcək”.

 

Modern.az