Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-02 17:41:00
UNEC-də UDİD və Minor proqramlarına tələbələrin seçilməsi prosesi başa çatıb

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) cari tədris ilində UDİD və Minor proqramlarının tətbiqinə başlanılıb. Artıq proqramlara ixtisaslar üzrə tələbələrin seçilməsi prosesi tamamlanıb.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, UDİD-ə qoşulan və proqramı uğurla bitirən bakalavrlar 4 il ərzində iki müxtəlif ixtisas üzrə diplomlara sahib ola biləcəklər.

 

Minor proqramını tamamlayan tələbələrə universitet tərəfindən müvafiq sertifikat və transkript təqdim olunacaq. Əldə olunan sertifikat əmək bazarında məzunlara üstünlük yaradacaq