Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-02 14:41:00
 Kolleclərin boş qalan plan yerlərinə  2500-dən çox abituriyent ixtisas seçimi edib

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə sentyabrın 29-dan başlanan ixtisas seçimi davam edir.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az -a bildirilib ki, ixtisas seçimi oktyabrın 3-ü saat 23:59-dək internet vasitəsilə aparılacaq. İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını https://eservices.dim.gov.az/erizebak/ixtisas3/ internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər. Bu gün saat 14:10-dək 2519 nəfər ixtisas seçimi edib.

 

Xatırladaq ki, orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.

 

Kolleclərin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 11-ci buraxılışında dərc olunub.