Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-01 09:00:00
Bu gün məktəbəhazırlıq qruplarında əyani tədrisə başlanılır  

Oktyabrın 1-dən dövlət ümumi təhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarında məşğələlərə start verilir.

 

AzEdu.az xəbər verir ki, 2021-2022-ci tədris ilində respublika üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 117 176 şagirdin təhsilə cəlb olunacağı gözlənilir.
 
 
Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında həftədə 4 gün olmaqla, 12 məşğələ keçirilir. Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri tədris edilir.
 
 
Məktəbəhazırlıq qruplarında məşğələlər mayın 31-də başa çatır