Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-30 12:02:00
Prezident təqaüdçüləri bu universitetlərdə təhsil alacaq-RƏSMİ

Bu il Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Prezident təqaüdünə layiq görülən şəxslər respublikanın 28 müxtəlif şəhər və rayonlarını təmsil edirlər. 

 

AzEdu.az DİM-ə istinadən xəbər verir ki, Prezident təqaüdçülərindən 33 nəfər Bakı Ali Neft Məktəbinə, 25 nəfər Azərbaycan Tibb Universitetinə, 15 nəfər Bakı Dövlət Universitetinə, 12 nəfər ADA Universitetinə, 8 nəfər Azərbaycan Dövlət İqtisad Universitetinə, 4 nəfər Dövlət İdarəçilik Akademiyasına, 2 nəfər Birgə Azərbaycan-Fransız Universitetinə (UFAZ), 2 nəfər xüsusi təyinatlı ali təhsil müəssisəsinə, 1 nəfər isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olunub. 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları