Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-29 17:12:00
Tələbələrin “Elmlər Akademiyası” stansiyasında yaratdığı sıxlıq necə tənzimlənəcək?- Metropolitendən cavab

 

 

 

Bu  gün  əsas  gündəm ali təhsil müəssisələrində dərslərin başlaması səbəbindən   universitetlərin giriş  hissəsində  müşahidə  olunan izdihamdır.

 

Xüsusi  ilə  bir  neçə  universitetin  yerləşdiyi Bakı metrosunun “Elmlər Akademiyası” stansiyasında  ciddi sıxlığın  yaranması ilə  bağlı  sosial şəbəkələrdə görüntülər  yayılıb.

 

Görüntülərdə çox sayda tələbənin  “Elmlər Akademiyası”  metrosunun Bakı Dövlət Universiteti  istiqamətində  yerləşən çıxışında  metroya daxil olmağa çalışması yer alıb.

 

Bu  problemlə bağlı  “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov AzEdu.az-a  açıqlamasında  konkret situasiyadan məlumatlarının  olmadığını, bununla bağlı araşdırılma aparıldıqdan sonra məlumat veriləcəyini bildirib:

 

“Biz hazırda  monitorinqlərimizi davam etdiririk. Mən konkret situasiyanı  bilmədiyim üçün izahat  verə bilmərəm. Bildiyimiz qədəri ilə  müşahidə olunan həmin sıxlıq  yerin üstü, metroya daxil olunan hissədə  müşahidə olunub. Bu  gün  monitorinqlərimizi  bitirdikdən sonra  nəticələrə əsasən  ictimaiyyətə  məlumat  verməyimiz mümkün olacaq. Əvvəllər gün  ərzində bir neçə dəfə monitorinqlər aparılırdı, artıq  bu monitorinqlər bütün gün müddətində,şənbə və bazar da daxil olmaqla aparılacaq. Tədrisin təşkili, müəssisələrin fəaliyyətində müəyyən dəyişikliklər ola bilər. Biz hələ  gələn  məlumatlar əsasında  araşdırmalar aparmağa davam edirik. Hazırda  Elmlər Akademiyası ilə bağlı hər hansı bir məlumat verə bilməyəcəm”.