Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-29 11:03:00
Birləşmiş Ərəb Əmirliklərində təhsil hansı özəlliklərinə görə fərqlənir?-Qaydalar və üstünlüklər

Ərəbistan  yarımadasının şərq hissəsində Fars  və Oman  körfəzləri sahilində yerləşən  və özündə , 7əmirliyi birləşdirən Birləşmiş Ərəb Əmirliklərində  təhsillə bağlı  bir sıra mühüm məqamlara rast gəlmək mümkündür. Birləşmiş Ərəb Əmirliklərində  neft yataqlarının işlənilməsinə  başlandıqdan sonra burada təhsilin inkişafına daha böyük diqqət  yetirilib. Burada federal  hökümətin ümumi xərclərinin 25 faizi təhsilə sərf edilir.

 AzEdu.az Birləşmiş Ərəb Əmirliklərinin təhsilini digər ölkələrdən fərqləndirən özəllikləri təqdim edir:

Bu ölkədə  dövlət təhsili  məktəbəqədər  təhsil pilləsindən ali təhsil pilləsinə qədər ölkənin bütün vətəndaşları üçün pulsuzdur. Birləşmiş Ərəb   Əmirliklərində 6 yaşdan başlayan ibtidai təhsil   6 il davam edir. Dövlət  ibtidai təhsil müəssisələrində  oğlanlar və qızlar ayrı-ayrılıqda təhsil alırlar. Birləşmiş Ərəb Əmirliklərində ibtidai  təhsildən sonra şagirdlər 3illik hazırlıq  təhsil pilləsində oxuyurlar.Bu ölkədə ibtidai təhsili başa vurduqdan sonra şagirdlər öz  təhsillərini texniki  profilli orta məktəblərdə də davam etdirə bilərlər və həmin təhsil 6 il davam edir. Həmin məktəblərdə məzun olanlara  orta texniki təhsil haqqında diplom verilir.

Birləşmiş  Ərəb Əmirliklərində hər bir ali məktəbdə təqaüd  proqramları  mövcuddur və təqaüdün  miqdarı tələbənin  təhsildəki müvəffəqiyyət dərəcəsindən asılıdır. Tələbələr dövlət hesabına dünyanın istənilən universitetində təhsil ala bilərlər. Tələbənin təhsil aldığı ölkədə  tibbi xidmətlərə görə  xərclər Birləşmiş Ərəb Əmirlikləri  büdcəsindən ödənilir.

Günel Yaşarqızı