Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-29 16:50:00
Kolleclərə xüsusi qabiliyyət tələb edən ixtisasları hansı abituriyentlər seçə bilər?-DİM  

Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə sentyabrın 29-dan oktyabrın 3-dək ixtisas seçimi elan edib.

DİM-dən bildirilib ki, xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər seçə bilərlər. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.

Xatırladaq ki, boş qalan ixtisasların siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunub.