Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-27 16:47:00
Rektorlardan Anım günü paylaşımları -FOTOLAR

Bu  gün  Azərbaycan  ordusunun  erməni  təxribatına  qarşı  bütün  cəbhəboyu  əks  hücum  əməliyyatlarına  başlamasından  1 il  ötür.

 

Eyni  zamanda  27  sentyabr  II Qarabağ  müharibəsi  şəhidlərinin  xatirəsinə  Anım  günü  olaraq  qeyd  olunur.

 

Bu gün bir çox ictimai-siyasi  şəxslərlə  yanaşı  tanınmış  təhsil  və  elm  xadimləri  də  paylaşım  edərək  şəhidlərin  xatirəsini  anıblar.

 

AzEdu.az  xəbər  verir  ki, onların  arasında  universitet  rektorları  da  yer  alır.

 

Azərbaycan  Dövlət  İqtisad  universitetinin  rektoru  Ədalət  Muradov   öz  sosial  şəbəkə  hesabında  Anım  günü  ilə  bağlı  gün boyu  bir neçə paylaşım edib.

 

Rektor  ilk  olaraq  şəhidlərin  xarirəsini  anıb, Allahdan  onlara rəhmət diləyib. Daha sonra  gün  ərzində  Anım günü  ilə  bağlı keçirilən yürüyüşdən fotolar  paylaşıb, daha sonra isə UNEC-də 44 şəhidin xatirəsinə  ucaldılmış abidənin  açılışı  haqqında  paylaşım  edib:

 

 

 

 

 

 

Sosial  şəbəkələrdə  aktivliyi  ilə  seçilən  rektorlardan  biri  olan  Mingəçevir  Dövlət  Universitetinin  rektoru  Şahin  Bayramov  da  gün boyunca paylaşımlarını anım  gününə  həsr  edib.

 

Bütün  şəhidlərimizə  Allahdan  rəhmət  diləyən  rektor  universitetin  şəhid  məzunlarını  da  xüsusi  ilə  qeyd  edib:

 

 

 

 

 

 

 

Azərbaycan  Dövlət  Aqrar  Universitetinin  rektoru  İbrahim  Cəfərov  Anım  günü  ilə  bağlı  İTV  tərəfindən  hazırlanmış  sujeti  paylaşaraq  günün  qürurunu  və  şəhidlərin  əziz  xatirəsinə  kədərini  bildirib:

 

“27 sentyabr 2020-ci il, tarixi bir gün, düşmənlə açıq müharibəyə girdiyimiz gün, bu gününün qürurunu yaşayırıq. Allah şəhidlərimizə rəhmət eləsin, Allah möhtərəm cənab Prezidentimizi və Azərbaycan Ordusunu qorusun!!!”

 

 

 

Bakı  Ali  Neft  Məktəbinin  rektoru  Elmar  Qasımov  da  Anım  günü  ilə  bağlı  paylaşımlara  qoşulub.  Rektor  bu  günün  xatirəsinə  Prezident  İlham  Əliyevin  sosial  şəbəkə  hesabında  paylaşılan  postu  paylaşaraq  Anım  günündə  şəhidlərin  xatirəsini yad edib:

 

 

 

Qeyd  edək  ki, bu  günlə  bağlı  ümumi, orta,ali  və  orta-ixtisas  təhsili müəssisələrində  Anım  günü  tədbirləri keçirilib, şəhidlərin xatirəsi yad edilib.

 

Şəhidlərimizi  qürur, hörmət  və kədərlə  anırıq!

Qarabağ Azərbaycandır!

 

QEYD

Bir  çox  Azərbaycan  Universitetlərin rektorlarının  sosial  şəbəkə hesabları mövcud deyil.