Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-27 17:38:00
FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti LDU-da seminar-müşavirə keçirib

Lənkəran Dövlət Universitetində (LDU)  yanğın təhlükəsizliyi ilə bağlı  seminar-müşavirə  keçirilib. Tədbir 27 sentyabr Anım Günü ilə bağlı şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.


AzEdu.az xəbər verir ki, LDU-nun
Elm və innovasiya məsələləri üzrə prorektoru  dosent Elvin Əliyev  seminar –müşavirənin profilaktik məqsəd daşıdığını və maarifləndirmə xarakterli olduğunu  bildirib, LDU-da da təhlükəsizlik tədbirlərinin qorunması ilə bağlı belə tədbirlərin mütəmadi keçirildiyini qeyd edib, dünyada texnogen, ekoloji hadisələrin və təbii fəlakətlərin ildən-ilə çoxaldığı bir dövrdə hər bir kəsin ilkin tibbi yardım bacarığının olmasının və fövqəladə hallar zamanı təhlükəsizlik tədbirlərinə əməl etməsinin  vacibliyini qeyd edib.


Seminar-müşavirədə  
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) -nin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsinin şöbə müdiri  Samir Kərimov  və  sözügedən qurumun böyük inspektoru Orxan Ağazadə çıxış edərək yanğın təhlükəsizliyi və  yanğından mühafizə,yanğınların söndürülməsi, ilkin odsöndürən vasitələr (növləri, tərkibi və onlardan  istifadə) və s.barədə seminar iştirakçılarına ətraflı məlumat veriblər.


Sonda
tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.