Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-27 16:37:00
LDU-da Anım günü qeyd olunub

Prezident İlham Əliyevin Vətən müharibəsinin başladığı 27 sentyabr tarixinin ölkəmizdə Anım Günü kimi qeyd edilməsi ilə bağlı imzaladığı Sərəncama uyğun olaraq bu gün Lənkəran Dövlət Universitetində(LDU) “Vətən müharibəsinin əbədi qəhrəmanları” adlı onlayn konfrans keçirilib.


AzEdu.az xəbər verir ki, konfransda 44 günlük
müharibədə həlak olan şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla anılması ilə başlanıb.


Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov 27 sentyabr tarixinin ölkəmizdə
Anım Günü kimi qeyd edilməsini Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilmiş torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisi hesab edib.Bildirib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının gücünü, iradəsini, birliyini bir daha bütün dünyaya göstərdi. Göstərdi ki, xalqımız heç vaxt torpaqlarının işğalı ilə barışmayacaq. Bu müharibədə əsgər və zabitlərimiz, mülki insanlarımız, bötövlükdə xalqımız əzm və iradə , həmrəylik nümayiş etdirərəkAli Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşmənə sarsıdıcı zərbələr endirərək böyük qələbəyə imza atdı.


Tarix və onun tədrisi metodikası  kafedrasının baş müəllimi , tarix üzrə fəlsəfə doktoru Asif İmanlı
nın   Anım Günü  ilə bağlı məruzəsində 44 günlük Vətən müharibəsinin başlanması, gedişi və nəticələrini ətraflı təhlil edilib.


Universitetin Mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova çıxışında İkinci Qarabağ savaşında Lənkəran Dövlət Universitetinin itkilərindən , 44 günlük Vətən müharibəsi zamanı və hazırkı dönəmdə LDU-da gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi istiqamətində görülən işlərdən, qarşıda duran vəzifələrdən söz açıb.


Konfransın sonunda Vətən müharibəsində Azə
rbaycan Ordusunun Zəfər yolunu əks etdirən video çarx nümayiş olunub.