Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-27 14:37:00
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün DİM imtahan keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən peşəkar mühasib sertifikatı (PMS) almaq istəyən namizədlər üçün noyabrın 21-də 1-ci mərhələ mühasibat uçotu və noyabrın 28-də 2-ci mərhələ qanunvericilik üzrə imtahanlar keçiriləcək.

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib. Çoxsaylı müraciətləri nəzərə alıb, DİM və Maliyyə Nazirliyinin birgə razılaşmasına əsasən aşağıdakı məlumat diqqətə çatdırılır:
“Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarının 2.10.2. bəndinə əsasən peşəkar mühasib sertifikatı almaq məqsədilə keçirilən imtahanlarda “iqtisadi sahədə orta ixtisas təhsili haqqında sənədə (diploma) və mühasibatlıq sahəsində azı 5 (beş) illik iş stajına malik olmasını təsdiq edən sənədə və yaxud ali təhsil haqqında sənədə (diploma)” sahib olan şəxslər iştirak edə bilərlər.

PMS almaq məqsədilə keçirilən imtahanlarda iştirak etmək imkanı verən orta ixtisas təhsili üzrə iqtisadi sahəyə aid ixtisasların adını və müvafiq illərə görə şifrələr DİM-in saytında müvafiq cədvəldə yerləşdirilib.

Qeyd: Orta ixtisas təhsili alan şəxslər yalnız siyahıda adı və şifrəsi verilmiş ixtisaslara uyğun təhsilə və mühasibatlıq sahəsində azı beş illik iş stajına malik olduqları halda imtahanlarda iştirak edə bilərlər.