Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-27 12:37:00
Vakant inzibati vəzifələr üzrə daxili müsahibədə iştirak üçün 170 nəfər müraciət edib

On doqquz dövlət orqanında inzibati vəzifələrin 2-7-ci təsnifatına uyğun olan A və B növü üzrə (89 vakant vəzifə) daxili müsahibədə iştirak etmək üçün qeydiyyat aparılır.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Bu proses vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Mərkəz tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir. Bu günədək 170 nəfərin müraciəti qeydə alınıb.

 

Xatırladaq ki, daxili müsahibədə aşağıdakı şəxslər iştirak edə bilərlər:

 

- Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;

- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısına daxil edilən və daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;

- 1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin 1-3-cü təsnifatlarına uyğun olan vəzifələrə, habelə mərkəzi icra hakimiyyəti orqanlarında (Ali Attestasiya Komissiyası daxil olmaqla) şöbə müdiri, rəhbərin müşaviri və rəhbərin köməkçisi vəzifələrinə iddia edən şəxslər.