Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-24 17:57:00
Teatr və kinoteatrların fəaliyyəti bərpa edilir

Oktyabrın 1-dən ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə mədəniyyət obyektlərinin (konsert zalları daxil olmaqla), eləcə də konfrans zallarının, kinoteatrların, teatrların, fəaliyyəti bərpa edilir.

 

AzEdu.az-nın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargah bu barədə qərar imzalayıb.

 

Qərara əsasən iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, eləcədə ümumi tutumunun 50 faizindən çox olmamaqla kinoteatrların fəaliyyəti də bərpa edilir.