Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-26 14:29:00
Xarici diplomların tanınması üçün hansı sənədlər tələb olunur?- SİYAHI

 

Bakalavr diplomu xarici ali təhsil müəssisəsi tərəfindən verildikdə, ilk öncə həmin diplom üzrə kvalifikasiyanın tanınması üçün müraciət olunmalıdır.

 

Tanınma üçün tələb olunan sənədlər elektron ərizə vasitəsilə müraciətçinin şəxsi kabinetinə əlavə olunmalıdır. Elektron poçt, məktub və ya fiziki qaydada təqdim olunan sənədlər icraata götürülmür. 

 

AzEdu.az  həm bakalavriat, həm də magistratura  üzrə diplomların tanınması üçün müraciət zamanı tələb olunan sənədləri təqdim edir:

 

Bakalavriat:

 

  • ali təhsil haqqında sənəd (diplom) və ona aid apostilin əsli;
  • ali təhsil haqqında sənədə əlavə (transkript) və ona aid apostilin əsli;
  • ali təhsil haqqında sənəd (diplomun) və ona aid apostilin notariat qaydada təsdiq olunmuş Azərbaycan dilinə tərcüməsi;
  • ali təhsil haqqında sənədə əlavə (transkript) və ona aid apostilin notariat qaydada təsdiq olunmuş Azərbaycan dilində tərcüməsi;
  • şəxsiyyət vəsiqəsinin elektron surəti [skan] (xarici ölkə vətəndaşları - daimi/müvəqqəti yaşama icazəsi);
  • ümumvətəndaş (xarici) pasportunun elektron surəti [skan] (şəkil olan və sərhədkeçməni bildirən bütün möhürlü səhifələri);
  • hərbi biletin və ya hərbi xidmətin qeydiyyatı haqqında arayışın elektron surəti [skan].

 

Bununla yanaşı  təhsil müəssisəsinə k öçürülmə olduğu halda - tədris müddətində müəssisələrarası/müəssisədaxili köçürülməya dair rəsmi arayışın elektron surəti [skan] tələb olunur.

 

Bakalavriat səviyyəsinə orta ixtisas təhsili haqqında diplom əsasında qəbul olunduğunuz halda – həmin diplomun elektron surəti [skan] tələb olunur.

 

Magistratura:

 

  • ali təhsil haqqında sənəd (diplom) və ona aid apostilin əsli;
  • ali təhsil haqqında sənədə əlavə (transkript) və ona aid apostilin əsli;
  • ali təhsil haqqında sənəd (diplomun) və ona aid apostilin notariat qaydada təsdiq olunmuş Azərbaycan dilinə tərcüməsi;
  • ali təhsil haqqında sənədə əlavə (transkript) və ona aid apostilin notariat qaydada təsdiq olunmuş Azərbaycan dilində tərcüməsi;
  • bakalavriat səviyyəsi üzrə ali təhsil haqqında sənədin (diplom) elektron surəti [skan];
  • şəxsiyyət vəsiqəsinin elektron surəti [skan] (xarici ölkə vətəndaşları - daimi/müvəqqəti yaşama icazəsi);
  • ümumvətəndaş (xarici) pasportunun elektron surəti [skan] (şəkil olan və sərhədkeçməni bildirən bütün möhürlü səhifələri);
  • hərbi biletin və ya hərbi xidmətin qeydiyyatı haqqında arayışın elektron surəti [skan].

 

Təhsil haqqında sənəd (diplom) və ona əlavə (transkript) tanınma üçün müraciət olunmadan verildiyi ölkədə leqallaşdırılmalıdır.

 

Tələb olunan hər bir sənəd, həcmi 5 MB-dan çox olmamaq şərti ilə PDF formatında yüklənilməlidir.

 

Qeyd edək ki, tələb olunan hər bir sənəd səhifələri rəngli və oxunaqlı şəkildə yüklənilməlidir.