Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-24 16:14:00
Tələbə və məzunlar üçün Almaniyada staj proqramı

Mənzil-qərargahı Almaniya Federativ Respublikasının Hamburq şəhərində yerləşən Dəniz Hüququ üzrə Beynəlxalq Tribunalın (ITLOS) Katibliyi tərəfindən inkişaf etməkdə olan ölkələrin tələbələri və yeni məzun olmuş şəxslər üçün staj imkanları təklif olunur.

 

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, 3 aylıq staj proqramı beynəlxalq münasibətlər, hüquq, ictimaiyyətlə əlaqələr, siyasi elmlər və başqa sahələri əhatə edir. Proqrama müraciət etmək istəyən namizədlər ingilis və ya fransız dilini bilməlidir.

 

Proqrama sentyabrın 30-dək müraciət etmək olar. Staj proqramı barədə daha ətraflı məlumatla nazirliyin saytındakı elan vasitəsilə tanış olmaq mümkündür