Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-24 13:25:00
Texnoloji ixtisaslar üzrə tələbə qəbulu 75 faiz artırılıb - Nazir müavini  

Ötən dövrlərə nisbətən texnoloji ixtisaslar üzrə tələbə qəbulu 75 faiz artırılıb.

 

AzEdu.az xəbər verir ki, bunu təhsil nazirİnin müavini İdris İsayev “Nizami Gəncəvi İli"nə həsr olunmuş “Post COVID -19 və 4-cü sənaye inqilabı perspektivlərində təhsilin dizaynı” mövzusunda beynəlxalq konfransda deyib.

 

Nazir müavini bildirib ki, xüsusilə də dövlət sifarişi üzrə tələbə qəbulu dəfələrlə artıb:

 

“Məsələn, kompüter elmləri üzrə 1.9 dəfə, kompüter mühəndisliyi üzrə 2.4 dəfə, informasiya texnologiyaları üzrə 2.6 dəfə, informasiya təhlükəsizliyi ixtisası üzrə 3.9 dəfə tələbə qəbulu sayı artıb.

 

Universitetlərimizdə beynəlxalq akreditasiyadan keçən 11 proqramın 4-ü məhz texniki və texnoloji ixtisaslardır. Bu gün bizim ali təhsil müəssisələrimizdə tətbiq olunan 25 ikili diplom proqramlarının 7-si məhz texniki və texnoloji ixtisaslara aiddir. Bütün bunlar onu göstərir ki, təhsil sistemi qlobal çağırışlara hazır olmalıdır”.