Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-25 13:33:00
Əvəzedici müəllimlər əmək fəaliyyətinə bu əsaslarla seçilir-İZAH

Məktəblərdə müəllimlər müəyyən üzrlü səbəblərdən (xəstəlik, analıq məzuniyyəti və s.) işə gələ bilmədikdə həmin müəllimin yerində əvəzetmə ilə başqa bir müəllim işləyə bilər.

 

AzEdu.az xəbər verir ki,  Əmək Məcəlləsinin 61-ci maddəsinə  əsasən  boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir.

 

Boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da boş vəzifəyə yeni işçi götürülür.

 

Əgər müəllimin yeni məktəbdə alacağı dərs yükü əsas iş yerindəki dərsinizə mane olmayacaqsa, bu, mümkündür. Yəni, dərs saatları bir-biri ilə toqquşmamalıdır. İkinci iş yerində əvəzetmə ilə işləyəndə MİQ balı da nəzərə alınır.

 

İş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir. İş vaxtı ərzində isə əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir. Əvəzçilik üzrə əmək şəraitinin şərtlərini, əmək funksiyasının həcmini əlavə iş yerinin işəgötürəni ilə əmək müqaviləsi bağlanarkən tərəflərin özləri müəyyən edirlər. Əlavə iş yerində əvəzçilik üzrə əmək fəaliyyəti göstərən işçilərə Əmək Məcəlləsinin müvafiq maddəsi ilə nəzərdə tutulan bir sıra hallar istisna olunmaqla heç bir məhdudiyyət qoyulmadan əmək qanunvericiliyi ilə müəyyən edilmiş bütün normalar, qaydalar və müddəalar şamil edilir.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları