Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-28 11:59:00
Serbiyada oxuyan tələbə: "Burada təhsil digər Avropa ölkələrindəkindən üstündür"

Daim müxtəlif ölkələrdə təhsilalan vətəndaşlarımızla təhsil, karyera barədə  söhbətlərimiz olur.Onlar xaricdə təhsil almaq istəyən gənclər üçün də müxtəlif məlumatlar verirlər.

Onlardan biri də Serbiyanın Belqrad Universiteində təhsil alan Əlizadə Məmməddir. O, təhsili, universitet haqqında təəssüratlarını bizimlə bölüşüb.

AzEdu.az həmin söhbəti təqdim edir:   

Məmməd deyir ki, Belqrad Universiteti Avropada yaxşı tanınan təhsil ocaqlarından biridir. O, tarixi, həm də güclü sisteminə görə bu universiteti seçib.

Gələcəyin həkimini xeyirxah görmək istəyən tələbə

Tibbə marağım ailədən irəli gəlir. Əhatəmdə həkim işləyən qohumları gördükdə məndə də həvəs oyandı. Gələcəyin həkimini savadlı və xeyirxah görmək istərdim.

Avropadan daha yaxşı təhsil

“Serbiyada tibb təhsili başqa ölkələrlə müqayisədə daha yüksəkdir. Belqrad Universitetində təhsil alaraq yaxşı mütəxəssis olmaq mümkündür. Gördüyüm qədəri ilə deyərdim ki, burada tibb təhsili digər Avropa ölkələrindən də yaxşıdır. Azərbaycana gəlincə isə vəziyyət tam yaxşı deyil, lakin yaxşı ola bilər. Hazırda təhsil aldığım universitetdə Stomatologiya daha yaxşı inkişaf edib”.

Növbəti addımlar...

Məmməd bakalavrı başa vurduqdan sonra təhsilini davam etdirəcəyini deyir.

“Burada təhsili başa vurduqdan sonra magistratura pilləsini ya Almaniya, ya da Türkiyədə davam etdirməyi planlayıram. Həmçinin Almaniyada qalaraq karyeramı qurmaq fikrindəyəm. Gələcəyin yaxşı, tanınmış həkimlərindən olmaq istəyirəm”.