Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-23 16:37:00
"Orta məktəb proqramına rəqəmsal bacarıqlarla bağlı xüsusi fənn daxil edilsin"-Rektordan TƏKLİF

16  sentyabr 2021-ci  il  tarixində  Qarabağda  yeni  iqtisadiyyat  quruculuğu: Ağdamdan  inkişaf  impulsları” mövzusunda  I  Beynəlxalq  elmi- praktik konfransın keçirilib.

 

Konfransda  Azərbaycan  Dövlət  İqtisad  Universitetinin  rektoru  Ədalət  Muradov  "İnnovativ və rəqəmsal Qarabağ iqtisadiyyatı: konseptual baxış" mövzusunda  çıxış  edib.

 

AzEdu.az  xəbər  verir  ki, rektor  çıxışı  zamanı  bir  neçə  vacib  təklif irəli  sürüb.

 

Rektorun təkliflərindən bir neçəsini  təqdim  edirik:

 

- Qarabağ Universitetinin (Multiversitetinin) təkcə Azərbaycan üçün deyil, bütün region üçün rəqəmsal iqtisadiyyat mütəxəssislərinin hazırlığı mərkəzi kimi nəzərdə tutulması;

 

- Nüfuzli beynəlxalq İT şirkətlərinin hökumət tərəfindən siyahısı təsdiq olunmuş sertifikatlarını qazananların bununla bağlı bütün xəsclərinin kompensasiya edilməsi;

 

- Bütün ali təhsil müəssisələrində rəqəmsal bacarıqların formalaşdırılması məqsədilə müvafiq kafedranın yaradılması;

 

- Orta məktəb proqramına rəqəmsal bacarıqlarla bağlı xüsusi fənnin daxil edilməsi;

 

- “Rəqəmsal könüllülər” hərəkatına start vermək.