Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-23 13:20:00
Sabahın hava proqnozu açıqlanıb

Sentyabrın 24-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

 

AzEdu.az xəbər verir ki , Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 17-19° isti, gündüz 23-25° isti olacaq. Bakıda gecə 17-19° isti, gündüz 23-25° isti olacaq.

 

Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

 

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 15-20° isti, gündüz 23-27° isti, dağlarda gecə 6-11° isti, gündüz 12-17° isti olacaq