Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-23 11:23:00
Dünya elminə töhfələr vermiş 38 azərbaycanlı dahi

Azərbaycan Elm Assosiasiyası növbəti təqdimatına hazırlaşır 

 

Azərbaycanda elmin populyarlaşdırılması istiqamətində layihələr həyata keçirən Azərbaycan Elm Assosiasiyası  növbəti təqdimatına hazırlaşır.  Sentyabrın 28-də  keçiriləcək tədbirdə  ASA “Prominent Azerbaijani Scholars” (Azərbaycanın Görkəmli Alimləri) broşurunu təqdim edəcək.   Broşur Azərbaycan Elm Assosiasiyasının təşəbbüsü əsasında, Azərkitab Kitab Təbliğatı Mərkəzinin dəstəyi ilə ingilis dilində çap olunub.


Təqdimatda dünya elminə və mədəniyyətinə qiymətli töhfələr vermiş  38 dahi azərbaycanlı   alim və mədəni xadim barədə söz açılacaq. Alimlərin kəşf və ixtiraları barədə məlumatlar ingilis və Azərbaycan dillərində təqdim ediləcək. Sonda isə interaktiv qaydada sual-cavab sessiyası keçiriləcək. Bu broşur Azərbaycanın coğrafi baxımından kiçik bir ölkə olmasına baxmayaraq dünya elmində əvəzsiz rolu olduğunu özündə əks etdirir.

 

Müasir texnoloji cihazların iş prinsipinin əsasını təşkil edən qeyri-səlis məntiq, dünya ədəbiyyatında ilk “beşlik” (Xəmsə), yüksək oktanlı benzinin ixtirası və dünya miqyaslı digər mühüm yeniliklərin müəlliflərinin qeyd olunduğu broşurda, eyni zamanda Azərbaycanda təhsil almış, habelə Azərbaycanda elmi fəaliyyətlə məşğul olub uğurlara imza atmış əcnəbi alimlər haqqında da məlumat verilir.

 

Hər alimə ayrılan hissədə onun keçdiyi həyat yolu, əsas elmi innovasiyaları haqqında qısa məlumatdan əlavə akademik və peşəkar həyatı da öz əksini tapıb. Alimin müəllifi olduğu ən əsas elmi məqalə və kitabların adları da burada yer alıb.

 

Oruc Mustafayev