Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-23 11:10:00
“Taliban” qadınlarla kişilərin eyni təhsil alacaqlarını vəd edir

Əfqanıstanda qadınlar kişilərlə eyni proqramla təhsil alacaqlar.

 

AzEdu.az xəbər verir ki ,Bu barədə “Taliban”nın rəsmi nümayəndəsi, Mədəniyyət Komissiyasının rəhbəri Zabihulla Mücahid məlumat verib:

 

“Qadınların təhsili üçün şərtlər hazırlayırıq. Qadınlar kişilərlə eyni fənləri- riyaziyyat, kimya, tarix, biologiya oxuyacaqlar: cinsindən asılı olaraq ayrı proqramlar olmayacaq və diplomları dünyada tanınacaq”.

 

Mücahid Kabildəki bəzi qadınların artıq işə qayıtdıqlarını bildirib və eyni zamanda “zamanın dəyişdiyini” etiraf edib

 

“İlk İslam əmirliyindən sonra (1996-2001-ci illər) çox şey dəyişib”.