Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-28 10:19:00
2 avroya nahar edə biləcəyiniz ölkə - Tələbələrə edilən güzəştlər

Qara dəniz sahillərində yerləşənYunanıstanda bütün universitetlərə Milli Təhsil və Dini İşlər Nazirliyi tərəfindən nəzarət edilir.

AzEdu.az Yunanıstan təhsili, əcnəbilərə verdiyi imkanlar barədə məlumatları təqdim edir:

Yunanıstanda əcnəbi tələbələr üçün təqaüd imkanları da var.

Dövlət universitetlərində bakalavr və magistr təhsili pulsuzdur. Beynəlxalq tələbələr üçün tədris ildə 300-500 avrodur. Yaşayış xərcləri isə 700 avro təşkil edir. Tələbələr yeməkxanada yeyə bilirlər. Ev məsələsində isə qiymətlər şəhərlərə görə dəyişir. Məsələn, Afinada kirayə qalmaq üçün 250-300 avronuz çıxacaq.  Yaşayış təqaüddən asılı olaraq qalmağı qarşılayır və ya sadəcə pul verir.  Bir otağın ortalama qiyməti 200 avrodan başlayır. Eyni qiymətə birotaqlı ev də tapmaq olar, amma çox vaxt əşyasız olurlar. Tələbələr üçün güzəştli qiymətlər müəyyən edilir. Məsələn, 2 avro ödəyərək nahar edə bilərsiniz.

Yunanıstanda yunan və ingilis dilində təhsil almaq mümkündür . Master üçün mütləq ingilis dili tələb olunur.