Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-28 09:54:00
Tarix müəllimi : “Sualların hər biri məktəb dərsliklərini əhatə edirdi”

27 iyuldan başlayaraq,  tarix və kimya  üzrə MİQ  imtahanlarına start verilib. 

İmtahanda yüksək nəticə göstərən müəllim namizədləri AzEdu.az-a imtahan təəsüratlarını danışıblar.

Tarix  fənnindən 55 bal toplayan Şahnaz Binyətova  imtahandan heç bir narazılığı olmadığını bildirib:

“Nəzarətçilər  hər kəslə maraqlanırdılar, ümumiyyətlə imtahan yaxşı keçdi. Suallar hamısı ixtisas,  məktəb dərsliklərini əhatə edirdi və məntiq, kurikulum suallarını da düşündürücü hesab etmək olardı. Mən gecə-gündüz oxuyub çox əziyyət çəkmişdim  və şükür nəticə də yaxşı oldu. Imtahan öncəsi də nəticəmin yaxşı olacağına inanırdım.  Məncə, əziyyət çəkən, oxuyan hər kəs nailiyyət  əldə edir”.

Kimya fənnindən 58 bal toplayan Ayşən Soltanlı da imtahanın çox yaxşı keçdiyini bildirib:

“Heç bir fənndən çətinlik yaşamadım.  Məntiq müəllimi kimi 4il fəalliyət göstərmişəm, imtahanı yarım saata bitirdim. 60 bal gözləsəm də,  nəticədə 58bal topladım”.

Qeyd edək ki, MİQ imtahanları  fizika və texnologiya üzrə  28iyul,  bilologiya  üzrə  30iyul , fiziki tərbiyə üzrə 30-31 iyul, coğrafiya  üzrə 31iyul tarixlərində  test imtahanları  keçiriləcək.

 Günel YAŞARQIZI