Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-22 17:21:00
Nazir müavini Firudin Qurbanov Siyəzəndə məktəb açılışında iştirak edib-FOTO  

Sentyabrın 22-də Siyəzən şəhər 2 nömrəli tam orta məktəb üçün yeni tikilən tədris binası istifadəyə verilib.

 

AzEdu.az xəbər verir ki, açılış mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov, Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Siyəzən Rayon Təhsil Şöbəsinin müdiri Pərvin Ağasiyev iştirak edib.

 

Mərasimdə iştirak edən qonaqlar məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar.

 

Bildirilib ki, yeni tikilmiş dördmərtəbəli məktəb 960 şagird yerlikdir. Dörd korpusdan ibarət məktəbdə 39 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, texnologiya, gənclərin çağırışaqədərki hərbi hazırlıq, informatika, məktəbəhazırlıq kabinetləri, idman və akt zalları, kitabxana, yeməkxana, inzibati otaqlar yaradılıb. Bina istilik, elektrik və müşahidə sistemləri ilə təmin edilib. Məktəbə yeni inventar və avadanlıqlar gətirilib.

 

Son 10 ildə Siyəzən rayonunda 11 yeni məktəb binası tikilərək istifadəyə verilib. Onlardan 3-ü modul tipli məktəbdir.