Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-23 12:16:00
“Xızır Baba təqaüdü" - nə müraciət BAŞLADI

Təqaüd proqramı ailə vəziyyəti maddi olaraq ağır, eyni zamanda çalışqan, təhsil almağa həvəsli abituriyent və tələbələr üçün nəzərdə tutulub.

 

AzEdu.az  xəbər verir ki, proqram 2 seçim mərhələsindən ibarət olacaq, online müraciət və müsahibə mərhələsi.

 

 Müraciət forması: 1. Tərcümeyi hal 2. Motivasiya məktubu 3. Şəxsiyyət vəsiqəsinin skanı 4. Şəkil 5. Akademik göstəriciləri bildirən məlumat (abituriyentlər illik qiymət cədvəli, tələbələr bütün smestrlərin ballarının qiymət cədvəlini). 6. Şəhid/qazi övladları əlavə olaraq faktı təsdiq edən sənədi əlavə etmələri rica olunur. 7. Əlaqə telefonu Tələb olunan sənədləri [email protected] mail ünvanına göndərməyiniz xahiş olunur.

 

Son müraciət tarixi  30 sentyabrdır. Təqaüd məbləği aylıq 50 (və ya 100, himayəçi sayına görə) AZN, tələbə/abituryentlər üçün nəzərdə tutulub. Siz bizə necə kömək edə bilərsiniz? Təqaüd proqramı bir himayədar (dəstəkçi) üçün bu ilə özəl 9 aylıq olacaq. Yəni siz özünüzə uyğun 9 aylıq hər ay ödəyə biləcəyiniz bir məbləğ təyin edib bizə deyirsiniz. Hər ay sizin yatırdığınız bu məbləği biz digərləri ilə birləşdirib təqaüdçülərə ödəyirik. Şəffaf hesabatlılıq sistemimiz var. Təqaüdçüləri seçmək üçün xüsusi nəzarət qrupumuz olsa da, siz də bizə bu işlərdə istəsəniz qoşula bilərsiniz. Bundan əlavə bizə həm ehtiyaclı məktəbli/tələbələrin, həm də bu proqrama dəstək ola biləcək başqa insanların da tapılmasında yardımçı ola bilərsiniz.

 

Ötən tədris ili 50 nəfər bu təqaüddən faydalandı. Təqaüd verəcəyimiz tələbə və abituriyent sayı himayəçilərin verəcəyi ümumi məbləğdən asılı olacaq. Hədəf minimum 50 nəfərdir. Təqaüd verəcəyimiz gənclərin müraciətində şəhid və qazi övladları xüsusi nəzərə alınacaq. Təbii ki, çalışqan olmaları şərti ilə