Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-22 10:00:00
Valideynlərin məktəbdən kənarda dayanması daha yaxşıdır-BŞTİ müdiri

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva paytaxt məktəblərinin həyətlərinə valideynlərin buraxılmaması məsələsinə münasibət bildirib.

 

BŞTİ-nin müdiri Mehriban Vəliyeva valideynlərin bu məsələyə anlayışla yanaşmalarını tövsiyə edib:

 

"Valideynlər təhsilin bir parçasıdır. Onlar da bu prosesə anlayışlı yanaşmalıdır. Əgər sıxlıq və problem yaranırsa, onların məktəbdən kənarda dayanması daha yaxşıdır. Məktəbə isə yalnız COVID -19 pasportu ilə daxil olmaq mümkündür. Mənə elə gəlir ki, belə məqamlarda valideynlər övladlarının sağlamlığı üçün çalışmalıdır ki, sıxlıq prosesi tənzimlənə bilsin".

 

Modern.az