Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-21 17:48:00
Teledərslər yenidən efirə qayıdır

Təhsil Nazirliyi tərəfindən “Dərs vaxtı” proqramı çərçivəsində teledərslərin təkrar yayımına start verilir. 

 

AzEdu.az xəbər verir ki, sentyabrın 22-dən I-IV, 29-dan isə V-XI siniflər üçün çəkilmiş teledərslərin təkrar yayımına başlanılacaq. Dərslər həftənin 5 günü saat 10:00-dan 18:00-dək “Dərs vaxtı”nın rəsmi feysbuk səhifəsi üzərindən, eləcə də Təhsil Nazirliyinin rəsmi yutub kanalı vasitəsilə yayımlanacaq. 

 

Teledərslər məktəbdə öyrəndiklərinizin daha yaxşı mənimsənilməsi üçündür!