Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-21 14:36:00
“Keçmişi və gələcəyi ancaq indinin işığında görmək olar”-Şəmil Sadıq

Tanınmış təhsil ekspertı, 45 illik pedaqoji fəaliyyəti dövründə təyinat üzrə kənd müəllimliyindən məktəb direktoru, elmi işçi, təhsil şöbəsinin müdiri, Bakı Təhsil İdarəsində sektor müdiri kimi, təhsilin aşağı və yuxarı idarəetmə orqanlarında böyük həyat yolu keçmiş, çoxlu sayda proqram, tədris vəsaiti, elmi-pedaqoji və tənqidi-analitik yazıların  müəllifi  Nadir İsrafilovun “Bir müəllimin xatirələri”növbəti kitabı geniş oxucu kütsinə təqdim olunur.


Kitab müəllifin müxtəlif illərdə, ayrı-ayrı mətbuat orqanlarının səhifələrində dərc olunmuş, uşaqlıq illərindən  başlayaraq, orta məktəb dövrü, alı təhsil və aspirantura həyatı, habelə pedaqoji fəaliyyəti ilə bağ
lı yadda qalan bəzi məqamların toplusundan ibarət olub, oxucuda keçən dövrlərə, qiyabi də olsa, nəzər salmaq, müvafiq müqayisələr aparmaq, bir daha həmin anları yaşamaq hissləri oyadır. Kitabda əks olunan xatirələr həmçinin təhsil sahəsində gedən proseslərə işıq salmaq, müvafiq müqayisələr aparmaq, lazımi nəticələr çıxarmaq baxımından vacib mənbə rolunu oynayır.

 

Əsasən müdrik kəlamlar və hikmətli sözlərə istinadən qələmə alınmış xatirələrin hər bir məqamı, müəllifin keçdiyi həyat yolunun bilavasitə təhsilə bağlılığı, təhsilin onun həyatında və gələcək karyerasındakı rolu ilə əlaqəli şəkildə, konkret  və düşündürücü faktlar əsasında nəzərdən keçirilir, diqqət təlim və tərbinin bir çox aspektlərinə yönəldilir. Müəllif sonda bu nəticəyə gəlir: “Keçmişi də, gələcəyi də, ancaq indinin işığında görmək olar”

 

Kitabı oxuyub başa vurduqdan sonra, bir daha əmin olursan ki, “Keçmişi də, gələcəyi də, ancaq indinin işığında görmək olar” ; “İnsan sahib olduqlarının deyil, reallaşdırmaq istədiklərinin cəmidir” ; “Gələcəyi müəyyənləşdirmək istəyirsinizsə keçmişi öyrənin”; “Gələcəyinizi proqnozlaşdırmanın ən yaxşı yolu onu qurmaqdır” ; “Optimizm daha yaxşı bir gələcək yaratmaq üçün bir strategiyadır”; “Biz müəllimlər hamıya örnək olmalıyıq” ; “Uğurun iki səbəbi var: səbir və ümid” ; “Təhsil gələcəyə aparan paspotumuzdur”.

 

“Ali kateqoriyalı müəllim”, Azərbaycan “Xalq maarif əlaçısı” kimi fəxri adlara, bir çox medallara, mükafatlara, fəxri fərmanlara, beynəlxalq sertifikatlara və döş nişanlarına layiq görülmüş, çox sayda proqram, tədris vəsaitləri, metodik tövsiyələr, elmi-pedaqoji və tənqidi-analitik məqalələrin müəllifi olan Nadir  İsrafilov bu gün də, Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın və  “XXI Əsr Təhsil Mərkəzi” İctimai Birliyinin sədr müavini, “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” İctimai Birliyi ekspert qrupunun rəhbəri kimi fəaliyyətini davam etdirir, təhsilimizə öz yaradıcı və layiqli töhfəsini verir.

 

Ümidvaram ki, dəyərli pedaqoqumuz Nadir İsrafilovun “Bir müəllimin xatirələri” (“Keçmişi də, gələcəyi də ancaq indinin işığında görmək olar” adlı bu yeni kitabı nəinki təhsil işçiləri, bütövlükdə geniş oxucu kütləsi üçün də maraqlı olacaq. Kitabı oxuyan hər bir kəsdə kimin kim olması, hansı əqidəyə xidmət etməsi  haqqında aydın təsəvvür yaranacaq.

                                                                 

Şəmil Sadiq


Filologiya üzrə fəlsəfə doktoru