Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-21 12:12:00
İlk dərs Qarabağ Azərbaycandır! mövzusuna həsr olunacaq

Yeni tədris ilində I-XI siniflərdə ilk dərs "Qarabağ Azərbaycandır!" mövzusuna həsr olunacaq.


AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov məlumat verib.


Qeyd edə ki, sabah - sentyabrın 22-də Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin ibtidai (I-IV) siniflərində ənənəvi formada yeni dərs ili başlayır. Digər siniflər və məktəbdənkənar müəssisələrdə isə sentyabrın 29-dan həftədə beş dəfə olmaqla əyani tədrisə başlanacaq.


Orta ixtisas, peşə təhsili müəssisələri və universitetlərdə də tədris sentyabrın 29-dan əyani olaraq (bəzi istisnalar olmaqla) həyata keçiriləcək. Tədris olunmayan dərs saatları il ərzində tətil günləri hesabına bərpa ediləcək.


2021-2022-ci tədris ilində ölkənin ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır.


Ümumtəhsil məktəblərinin I sinfində 158 608, IX sinfində 132 881, XI sinfində isə 91 538 şagird təhsil alacaq.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları