Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-27 16:13:00
MİQ-dən yüksək bal toplayan 21 yaşlı müəllim: “İxtisas sualları çətin, məntiq isə asan idi”  

“Məntiqdən olan suallar mənə çox asan gəldi”. 

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı MİQ imtahanlarında Azərbaycan dili və ədəbiyyat üzrə 59 bal toplayan Aytac Ziyadxanlı deyib. O məntiq fənnindən olan sualda səhv edib:

“İxtisasla bağlı suallar  V sinifdən XI sinfə qədər kurikulum dərsliklərindən salınmışdı. Həmin kitabları oxumuşdum deyə mənə çətin olmadı. 21 yaşım var və  imtahana iki ay hazırlaşmışam. Sadəcə kurikulum üzrə kursa getdim. Sualları ümumilikdə dəyərləndirsək, ixtisas sualları çətin, digərlər suallar asan idi. Məntiq mənə çox asan gəldi.  Doğulub boya başa çatdığım İsmayıllı rayonunda işləmək istəyirəm”. 

Qeyd edək ki, MİQ imtahanlarının doqquzuncu günündə Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan dili, rus dili və ədəbiyyatı, rus dili, fransız dili və musiqi üzrə imtahanlarda 2999 nəfər iştirak edib.

Namizədlər arasında ən yüksək nəticə olaraq Azərbaycan dili və ədəbiyyatı üzrə 59 bal, fransız dili üzrə 58 bal, Azərbaycan dili üzrə 57 bal, rus dili üzrə 56 bal, rus dili və ədəbiyyatı və musiqi üzrə isə 51 bal qeydə alınıb. 

İyulun 27-də MİQ imtahanları tarix və kimya üzrə keçiriləcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları