Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-20 15:27:00
“Burada peyvənd olunmayan çox sayda müəllim var”-Türkiyədə məktəb DİREKTORU

 

“Artıq  məktəblər açıldı, iki ildir distant  təhsildə şagirdlər çox geri qalırdı. Bu il keçirilən  orta məktəb imtahanlarındakı  bal  ortalaması  da  bunu  göstərirdi”

 

Bunu  AzEdu.az-a  açıqlamasında  Türkiyənin  İstanbul  şəhərində  yerləşən  Mübariz  İbrahimov  adına  Azərbaycan  məktəbinin  direktoru Məshəti  Şərif  Özyurek  deyib.

 

Direktor  Türkiyədə  peyvənd olunmayan çox sayda müəllimin olduğunu bildirib:

 

“Məktəblərin açılması zamanı  əsas  şərtlərdən biri müəllimlərin  peyvənd  olunması  idi. Peyvənd  olunmayan müəllimlərin  tədbir  məqsədilə   hər  həftə  PCR testi verməsi  vacib  şərtdir. Bizim məktəbdə  isə  müəllimlər tam peyvənd olunub. Amma Türkiyədə  peyvənd  olunmayan müəllimlərin sayı çoxdur. Bu  səbəblə  PCR testinin  verilməsi  şərt  hesab olunur. Bu məcburiyyətdən sonra müəllimlər peyvənd  olmağa başladı”.

 

O, məktəbdaxili  qaydalardan  danışarkən  həm müəllimlərin,həm də şagirdlərin maska taxmalı olduğunu vurğulayıb:

 

“Eyni zamanda  məktəblər  daim dezinfesikasiya  edilir. Həm  müəllimlər, həm də şagirdlər  məktəb  daxilində  maska  taxmalıdır. Valideynlərdən  COVİD-19  pasportu  tələb olunmur. Amma hər hansısa sinifdə yoluxma halı olduğunda, o sinif  14 gün karantinə  alınır. İndiyə  kimi  Türkiyədə 200-dək məktəb  karantinə  alınıb. Ancaq  hələ ki, Təhsil  Nazirliyi  əyani  təhsilin  davam  etdirilməsində qərarlıdır. Bu  səbəblə  distant  təhsilə  keçid  hazırda  gözlənilmir. Buna  baxmayaraq, təbii ki, elmi  şuranın  qərarını da öncədən demək çətindir. Hazırda  hökumət daha tez bir şəkildə peyvəndlənmənin  bitməsi və  immuntetin  formalaşması  istiqamətində  çalışır”.

 

Direktor son olaraq,-“Ümumilikdə pandemiya  dövründə  təhsil səviyyəsi çox aşağı düşüb. Bunu keçən həftə Təhsil Nazirliyinin 4 və 6-cı siniflərdə  keçirdiyi  yoxlama  imtahanlarının  nəticələri  də  göstərdi”- deyə bildirib.