Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-20 13:36:00
Tədris ilinə doğru son günlər, davam edən hazırlıqlar-ÖTƏN HƏFTƏYƏ BAXIŞ

AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:

 

 

Yola saldığımız həftədə 13-19 sentyabr tarixində təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 

 

Məktəblərdə səyyar vaksinasiya məntəqələri bərpa edilib:

 

 

Təhsil Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi birgə olaraq Bakı şəhəri üzrə 14, 56, 129, 158 və 276 nömrəli tam orta məktəblərdə təhsil işçilərinin vaksinasiyasını həyata keçirəcək.

 

 

Təhsil Nazirliyi məktəb direktorlarına yeni tədris ili ilə bağlı tapşırıqlar verib:

 

 

Təhsil nazirinin müavini Firudin Qurbanov 2021-2022-ci tədris ilinə hazırlıqla bağlı məsələlərin sürətləndirilməsini diqqətə çatdırıb, yeni tədris ilinin başlanmasınadək təhsil işçilərinin daha çox sayda vaksinasiya prosesinə qoşulmasının vacibliyini vurğulayıb və qarşıdan gələn yeni tədris ili münasibətilə pedaqoji kollektivlərə uğurlar arzulayıb.

 

 

Yeni tədris ilində 158 608 şagird I sinfə gedəcək:

 

 

2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

 

 

Bakıda peyvənd olunan təhsil işçilərinin sayı açıqlanıb:

 

 

Bakıda təhsil işçilərinin 80 faizə yaxını, 28 662 nəfəri COVID-19-a qarşı peyvənd olunub və proses davam etdirilir.

 

 

Ali məktəblərə qəbul olunan abituriyentlərin qeydiyyat müddəti uzadılıb:

 

 

Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qəbul olunduqları təhsil müəssisələri üzrə qeydiyyatı onlayn qaydada sentyabrın 7-dən 20-dək portal.edu.az platforması vasitəsilə aparılır.

 

 

Təhsil Nazirliyi: "Daha 871 müəllim işə qəbul olunub":

 

 

Cari vakansiya seçimlərində 871 namizəd vakant yer tutaraq ümumi təhsil müəssisələrində müddətli müqavilə ilə çalışmaq imkanı qazanıb. Qeyd olunan namizədlər 21 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər. 

 

 

İndi isə ötən həftənin əsas təhsil açıqlamalarına nəzər salaq:

 

 

Zəfər tarixi" dərsliyinin hazırlanması işi son mərhələdədir":

 

 

“Dərslik yeni tədris ilində şagirdlərin istifadəsinə veriləcək".

 

 

Bunu Təhsil nazirinin müavini Firudin Qurbanov "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə çıxışı zamanı bildirib.

 

 

Təhsil İnstitutu: "Şagirdlərin təbiət fənləri üzrə bilikləri zəifdir":

 

 

"Beynəlxalq qiymətləndirmələrin nəticəsi zamanı məlum oldu ki, şagirdlərin təbiət fənləri üzrə bilikləri nisbətən zəifdir. Bu məqsədlə "Azərbaycanda ümumi təhsilin dövlət standartlarında" təbiət fənninin təliminə qərar verilib".

 

 

Bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə çıxışı zamanı bildirib.

 

 

Tənəffüs zamanı şagirdlərin bir yerə toplanmasına icazə verilməyəcək:

 

 

"Məktəblərdə tənəffüs zamanı şagirdlərin bir yerə toplanmasına icazə verilməyəcək".

 

 

Bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin əməkdaşı Elçin Kərimov "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə deyib.

 

 

Bəzi müəllimlərin məktəbə gəlməsinə məhdudiyyət tətbiq edilə bilər:

 

 

"Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində çalışan, əks-göstəriş sertifikatı təqdim edən müəllimlərin özlərinin razılığı ilə məktəblərə gəlməsinə müəyyən məhdudiyyətlər tətbiq edilə bilər".

 

 

Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim zamanı bildirib.

 

 

Ali məktəblərin böyük auditoriyalarında mühazirələr onlayn keçirilə bilər:

 

 

"Pandemiyanın davam etdiyini nəzərə alaraq ali təhsil müəssisələrinin böyük auditoriyalarında çox sayda tələbənin oturmasının əleyhinəyik. Ali məktəblərin təklif verməsini gözləyirik. Alternativlər universitet rəhbərlikləri ilə müzakirə olunur".

 

 

Bunu Təhsil Nazirliyinin Elmi, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli deyib.

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları