Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-20 10:03:00
Qarabağ Elm və Təhsil İnnovasiyalar vadisi yaradılsın-Ədalət Muradov  

16  sentyabr 2021-ci  il  tarixində  Qarabağda  yeni  iqtisadiyyat  quruculuğu: Ağdamdan  inkişaf  impulsları” mövzusunda  I  Beynəlxalq  elmi- praktik konfransın keçirilib.

 

Konfransda  Azərbaycan  Dövlət  İqtisad  Universitetinin  rektoru  Ədalət  Muradov  "İnnovativ və rəqəmsal Qarabağ iqtisadiyyatı: konseptual baxış" mövzusunda  çıxış  edib.

 

AzEdu.az  xəbər  verir  ki, rektor  çıxışı  zamanı  bir  neçə  vacib  təklif irəli  sürüb.

 

Rektorun təkliflərini  təqdim  edirik:

 

Özündə aşağıdakıları ehtiva edən QARABAĞ  ELM – TƏHSİL – İNNOVASİYALAR VADİSİnin yaradılması:

 

- Ağdamın Baş Planında nəzərdə tutulmuş Universitetin MULTİVERSİTET kimi təşkili;

 

- Rəqəmsal istiqamətli müasir texnopark və müasir innovativ həllər üzərində çalışan laboratoriyalar;

 

- Dünyada ən son innovasiyaları, smart millət, smart ölkə , smart şəhər, smart kəndlər modelini və s. nümayiş etdirmək üçün sərgi zalları;

 

- İT təmayüllü məktəblər

 

- Zəngin kitabxana;

 

- Müasir konfrans zalları.

 

- Bu Vadi Startaplar, Akselerator və İnkubator mərkəzi funksiyasını öz üzərinə götürürə bilər.

 

- Bu vadi daxilində rəqəmsal İqtisadiyyat üzrə kiçik və orta sahibkarlar üçün təşviq sənədi verilə və digər təşviq tədbirləri həyata keçirilə bilər.

 

- Multiversitet ancaq rəqəmsal iqtisadiyyat üzrə tələb olunan mütəxəssislərin hazırlanmasına fokuslana bilər.