Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-20 09:37:00
 İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası fəaliyyət göstərəcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən sentyabrın 19-da dövlət qulluğunda inzibati rəhbər (A növü) vəzifələrə aid vəzifə qrupları (AB, AC) üzrə test imtahanı keçirilib.

 

AzEdu.az bildirir ki, imtahanın nəticələri ilə bağlı Apellyasiya Komissiyası sentyabrın 20-22-də saat 14:00-dan 17:00-dək Mərkəzdə fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə, 28 (keçmiş Bakı Asiya Universitetinin binası).

 

Xatırladaq ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 38 nəfərdən 37 nəfər imtahana gəlib. İmtahan nəticələrinə əsasən AB3 altqrupu üzrə 1 nəfər, AB4 altqrupu üzrə 2 nəfər, AC1 altqrupu üzrə 2 nəfər, AC3 altqrupu üzrə 3 nəfər, AC4 altqrupu üzrə 3 nəfər olmaqla, ümumilikdə 11 namizəd uğur qazanıb.