Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-19 17:37:00
Alimlər koronavirusun daha qədim mənşəyini tapıblar  

Parisin Paster Universiteti və Laos Milli Universitetinin tədqiqatçıları SARS-CoV-2 koronavirusunun təbii mənşəyinə dair yeni sübutlar açıqlayıblar.

 

 

AzEdu.az xəbər verir ki, alimlər bir neçə ay ərzində Cənub-Şərqi Asiyada 46 növ yarasa üzərində müşahidələr aparıblar. Nəticədə Laosun mağaralarında yaşayan heyvanlarda koronavirusun Uhan tipinə bənzər üç virus aşkar edilib.

 

Mütəxəssislərə görə, BANAL-52, BANAL-103 və BANAL-236 virusları bu gün elmə məlum olan SARS-CoV-2-nin mənşəyi sayılır.

 

Lakin SARS-CoV-2-dən fərqli olaraq müəyyən edilmiş patogenlərin heç birində bədənə asanlıqla daxil olan infeksiyalar qeydə alınmayıb.

 

Report.az