Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-18 15:21:00
UNEC-in şəhid məzunu Mürsəl Kazımlının xatirəsi anılıb

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kollektivi universitetin şəhid məzunu Mürsəl Kazımlının Suraxanı rayonu, Günəşli qəsəbəsindəki Şəhidlər xiyabanında məzarını ziyarət edib, sonra şəhidin ailə üzvləri ilə görüşüblər.

 

AzEdu.az xəbər verir  ki, şəhidin atası Kamil Kazımov və anası Lalə Əliyeva övladları haqqında xatirələrini bölüşüblər

.

UNEC-in Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev Mürsəlin tələbəlik illərindən danışıb, onun savadlı, bacarıqlı, dərslərinə məsuliyyətlə yanaşan bir tələbə olduğunu deyib.

 

Sonra Mürsəl Kazımlının ailəsinə UNEC-in Fəxri fərmanı və xatirə hədiyyəsi təqdim edilib.

 

Qeyd edək ki, Mürsəl Kazımlı 1992-ci il iyulun 23-də Bakıda anadan olub. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra, 2010-cu ildə 613 balla UNEC-in Mühasibat uçotu və audit fakültəsinə qəbul olub. 2014-ci ildə universiteti zərbəçi kimi bitirib, sonra həqiqi hərbi xidmətə gedib.

 

Əmək fəaliyyətinə 2016-cı ildə 2 saylı Tibb kollecində mühasib kimi başlayıb. 2020-ci il Vətən müharibəsi günlərində Füzuli, Cəbrayıl və Zəngilan istiqamətlərində döyüşüb. Oktyabrın 23-də Füzuli rayonunun Kürdlər kəndində qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.